Əfqanıstanın Herat şəhərində iranlı yük avtomobilinin sürücüsü oğurlanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yerli xüsusi xidmət orqanın əməkdaşı bildirib ki, bu cinayət bir qrup silahlı banda tərəfindən törədilib.
Oğurlan sürücünün adı Qulamrza Məhəmmədzadədir.
Xatırladaq ki, bir müddət öncə Yəməndə İranın diplomatı oğurlanmışdı.