Edamdan sağ çıxan məhkum...əfv edildi
24 oktyabr 2013 10:48 (UTC +04:00)

Edamdan sağ çıxan məhkum...əfv edildi

Edam cəzasının icrasından bir gün sonra möcüzəvi şəkildə həyata qayıdan məhkum İran Ali Məhkəmə sədrinin qərarı ilə əfv edilib. Lent.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, məhkum edam olduqdan sonra tibbi ekspertizanın təsdiqi üçün xəstəxanaya, xüsusi soyuducu kameraya göndərilib. Amma 1 gün sonra məhkumun nəfəs aldığı müşahidə olunub. Bunu görən xəstəxana məsulları dərhal ölümdən dönən məhkumu reanimasiya şöbəsinə aparıblar. Hazırda məhkum nəzarət altındadır. İran ali məhkəməsinin sədri Əli Laricaninin bildirdiyinə görə, edam cəzası məhkumun həyatını almaq mahiyyətindən ibarətdir. Hökm yerinə yetirilsə də, məhkum sağ qalıb. “Belə halda ölümü dadan fərdə əfv qərarı uyğundur. Buna görə də məhkum əfv olunub”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8303

Oxşar yazılar