“The Jerusalem Post” “Dünyanın ən nüfuzlu 20 yəhudisi”nin siyahısını dərc edib. Lent.az-ın məlumatına görə, siyahıya gözlənilmədən İsrailin maliyyə naziri Yair Lapid başçılıq edib. Siyahıda aşağıdakılar yer alıb:
1) Yair Lapid (İsrailin maliyyə naziri)
2) Cek Lyu (ABŞ-ın maliyyə naziriı)
3) Benyamin Netanyahu (İsrailin baş naziri)
4) Şimon Peres (İsrailin prezidenti)
5) Anat Hofman (yəhudi qadınlarının lideri)
6) Sergey Brin (Google-un banilərindən biri)
7) Con Stüart (ABŞ-da The Daily Show-nun aparıcsı)
8) Şeril Sandberq (Facebook-un baş əməliyyat meneceri)
9) Moşe Yaalon (İsrailin müdafiə naziri)
10) Debbi Vasserman Şults (ABŞ Milli Demokrat Komitəsinin sədri)
11) Erik Kantor (ABŞ Nümayəndələr Palatasının fraksiya lideri)
12) Yelena Kaqan (ABŞ Ali Məhkəməsinin hakimi)
13) Stiven Spilberq (kinorejissor)
14) Cill Abramson (New York Times qəzetinin baş redaktoru)
15) Naftali Bennet ( İsraildəki “Yəhudi Evi” partiyasının lideri)
16) Mark Sukerberq (Facebook-un banisi və sahibi)
17) Maykl Blumberq (Nyu-York şəhərinin meri)
18) Lena Danşem (rejissor və aktrisa)
19) Moşe Kantor (Avropa Yəhudi Konqresinin prezidenti)
20) Ed Milibend (Britaniya Leyboristlər Partiyasının sədri)