İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin villasında eyşi-işrət gecələri ilə bağlı cinayət işini aparan dövlət ittihamçısı İlda Bokkassini içində iki güllə olan adsız məktub alıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Milanın baş prokuroru Edmondo Bruti Liberati bu haqda bəyanat verib.
«Son zamanlar Bokkassini ünvanına hədələ dolu çoxlu sayda adsız məktub alıb. Onlardan birində içində iki güllə olan məktub da var» - deyə, prokuror bildirib.
O, bildirib ki, məktubları göndərənlər dövlət ittihamçısını ölümlə hədələyib.
Liberatinin sözlərinə əsasən, bu sayaq məktublar Bokkassini Berluskoniyə 6 il iş istəyəndən sonra gəlməyə başlayıb.