Dissident din xadiminin dəfni etiraz yürüşünə çevrilib
05 iyun 2013 00:07 (UTC +04:00)

Dissident din xadiminin dəfni etiraz yürüşünə çevrilib

İyunun 4-də İsfahanın cümə namazının keçmiş rəhbəri, nüfuzlu müxalif ruhani ayətullah Cəlaləddin Tahirinin dəfn mərasimi hakimiyyətə qarşı aksiyaya çevrilib. 87 yaşlı ruhani iyunun 2-də uzun sürən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, onun vəfatı ilə bağlı İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi də baş sağlığı verib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ayətullah Tahiri hakim ruhanilərin dünyəvi maraqları üçün dindən istifadəsinə, dini təhrif etməsinə və ölkədə din adı ilə dinc müxaliflərə qarşı repressiyalara etiraz olaraq 2002-ci ildə açıq məktub yazaraq İsfahanın cümə namazının rəhbərliyindən istefa verib.

“Mediaforum”-un məlumatına əsasən, dəfn mərasiminə qatılanlar cənazəni çiyinlərində qəbiristanlığa apararkən hakimiyyətə qarşı şüarlar səsləndirərək 3 ilə yaxındır həbsdə saxlanan İranda hakimiyyətiçi müxalifətinin liderləri - Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb ediblər.

 “Kərrubiyə, Musəviyə azadlıq!”, “Ya Hüseyn, Mirhüseyn!”, “Diktatora ölüm!”, “Siyasi məhbuslara azadlıq!”, Tahiri, Tahiri azadlığın mübarək!” və başqa  şüarlar söyləyən mərasim iştirakçıları ölkənin mövcud durumuna etiraz bildiriblər.

Dəfn mərasiminə İranın islahat tərəfdarı olan bir sıra şəxsiyyətləri, o sıradan da keçmiş prezident Məhəmməd Xatəminin qardaşı Məhəmmədrza Xatəmi, müxalif ruhani Abdulla Nuri, prezidentliyə namizəd Həsən Ruhani və daha bir neçə nəfər qatılıb.

Ayətullah Tahiri Qumda, müxalif ruhani ayətullah Hüseynəli Müntəzirinin yanında dəfn olunmasını vəsiyyət etsə də, buna icazə verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar