2011-ci ildə Ədalət və İnkişaf partiyasından deputatlığa namizəd olmuş Emin Okkayanın 17 yaşlı oğlu Oğuzcan Okkaya dünən Dənizlidə avtoqəzada həyatını itirib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Oğuzcan Okkaya motosikletdə magistral yolda idarəetməni itirərək avtobusa çırpılıb. Avtobus motosikleti təxminən 50 metr sürüyüb. Polisin saxladığı avtobus sürücüsü ifadəsində Oğuzcan Okkayanın qəfil onun qarşısına çıxdığını bildirib.
Oğuzcan Okkaya ölümündən əvvəl “Facebook”da prezident Rəcəb Tayyib Ərdoğan, iqtisadiyyat naziri Nihat Zeybekçi ilə fotolarını paylaşıb.