Çeçenistanın fəxri vətəndaşı məşhur fransız aktyor Jerar Depardye Çeçenistanın sabiq prezidenti Əhməd Kadırovu canlandıracaq.
Lent.az-ın “Le Monde” qəzetinə istinadən verdiyi məlumata görə, “Atanın ürəyi” adlı filmdə Çeçenistanda müharibədən sonra aparılan böyük quruculuq işlərindən bəhs ediləcək.
Jerar Depardeye bu ilin fevralında Çeçenistan rəhbəri Ramzan Kadırovun dəvəti ilə Qroznıda səfərdə olarkən Çeçenistanın bərpası ilə bağlı filmdə çəkilmək arzusunu bildirib.
Bununla bərabər, artıq gələn həftədən Moskva və Qroznıda Filipp Martinezin “Firuzə” kriminal trillerinin çəkilişlərinə başlanılacaq. Bu filmdə baş rollarda Jerar Depardye və Elizabet Xyerli çəkiləcəklər.