Dəməşqdə Çinin Suriyadakı səfirliyinin binası minaatanlardan atəşə tutulub.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, səfirliyin binası yaxınlığında partlayan mərmilər 2 avtomobilin yanmasına, 3 avtomobilə isə qismən zərər dəyməsinə səbəb olub.
Çin səfirliyində çalışan suriyalı əməkdaşları yaralanıb.
Qeyd edək ki, bundan əvvəl İraqın Suriyadakı səfirliyinin binası atəşə tutulub. Nəticədə iraqlı qadın ölüb, 3 nəfər isə yaralanıb.