Dağıstanın Levaşinski rayonunda baş vermiş atışmada 3 nəfər ölüb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İdarəsindən bildirilib: «İki polis əməkdaşı və yerli mülki, sakin həlak olub. Üç polisi isə yaralanıb»
Mənbə dəqiqləşdirmə aparıldığını da vurğulayıb.
Məlumatda xatırladılıb ki, atışma oktyabrın 1-də Levaşinsk rayonunun Yuxarı və Aşağı Ubeki kəndlərinin arasında baş verib.