ABŞ-ın dövlət katibi Con Kerrinin kiçik qardaşı Kameron Kerri bu ilin oktyabrında Çexiyaya səfər edəcək. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, ölkənin Qorni-Beneşov şəhərində, babasının evində qalacaq.
Mənbə bildirib ki, 1873-cü ildə Con Kameron kerrilərin babası Frits Kox Qorni-Beneşovda (o vaxt Avstriya –Macarıstana aid olub) anadan olub.
Babası və nənəsi İda Lyova (Budapeştdə anadan olub) sonralar adlarını Fredrik və İda Kerri ilə əvəzləyərək, iudaizmdən çıxıb, xristianlığın katolikliyini qəbul ediblər.
«Kameron Kerri həyat yoldaşı ilə bir vaxtlara babasının yaşadığı Qorni –Beneşovda getmək istəyir. ABŞ diplomatının qardaşının bu səfəri şəxsdir»-deyə, məlumatda bildirilib.
Bir müddət öncə Con Kerrinin bu şəhərin fəxri sakini ediblər. Ancaq indiyə kimi o, babasının yurdunda olmayıb. Onun fəxri sakin diplomunu ola bilsin qardaşı Kamerona versinlər.
Çexiya radiosu bildirib ki, şəhər rəhbərliyi Kerri qardaşlarının babasının yaşadığı evə xatirə lövhəsi vurmağı planlaşdırır.