Çinlə Hindistan arasında sərhədəlrin qorunması sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, anlaşma Hindistanın baş naziri Manmoxan Sinqhin Pekinə səfəri zamanı təsdiqlənib.
Çin dövlət şurasının başçısı Li Ketsan bildirib ki, bu müqavilə sərhəddə dinclik və sabitliyin yaranmasına yardım edəcək.
Mənbə xatırladıb ki, iki ölkə arasında Himalaydakı ərazi ilə bağlı mübahisə qalmaqdadır. Bu mübahisə 1962-ci ildə hərbi münaqişəyə səbəb olub.
Aralarında mübahəsili ərazi məsələsi olmasına baxmayaraq, tərəflər iki dövlət arasında münasibətlərin istiləşməsinə bunun Mane olmadığını bildirir.