Sentyabrın 30-da Çikaqoda iki metro qatarı toqquşub.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, ilkin ehtimala əsasən, 48 nəfər yaralanıb.
Toqquşma Çikaqonun «Qarlem» stansiyasında baş verib. Qatarlardan biri hələlik məlum olmayan səbəblərdən o biri ilə toqquşub.
Baş vermiş olay üzündə 7 dayanacaqda «göy» xətt dayandırılıb. İşləməyə dayanacaqlara gedən sərnişinlər üçün avtobuslar təşkil olunub.