CHP-yə zərbə: Sarıgülün var-dövləti müsadirə olundu
18 yanvar 2014 00:54 (UTC +04:00)

CHP-yə zərbə: Sarıgülün var-dövləti müsadirə olundu

Cümhuriyyət Xalq Partiyasından (CHP) İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədliyi irəli sürülən Mustafa Sarıgılün bank hesablarına, mülkilərinə, 1998-ci ildə «Ekspress» bankından aldığı kreditlərə Sığorta və Əmanət Fondu tərəfindən müsadirə edilməsi haqda qərar çıxarılıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, o, 9 nəfərlə birlikdə 1998-ci ildə «Ekspres» bankdan 3,5 milyon dollarlıq kredit götürüb və indiyə kimi bu məbləği ödəməyib.

 

Faizi ilə birlikdə həmin məbləğ indi 8 milyon dollara çatıb. Fond tərəfindən Sarıgül və 9 nəfərin bank hesabları dondurulub.

 

 

Hazırda Şişili bələdiyyəsinə başçılıq edən Sarıgül mal-mülkünün müsadirə edilməsi və bank hesablarının dondurulması məsələsinə münasibət bildirib. O, baş verənləri «haqsızlıq və siyasi basqın» kimi dəyərləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864
avatar

Oxşar yazılar