ABŞ-ın yəhudi əsilli vətəndaşı Ari Mandel "cənnətdəki yeri"ni online satışa və “eBay” hərrac saytı vasitəsi ilə hərraca çıxarıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu məsələ maraqlı müzakirəyə də səbəb olub. 99 sentlə başlayan təkliflər 100 min dollara qədər çatıb. Məsələ mediada işıqlandırıldıqdan sonra “eBay” rəhbərliyi hərracı dayandıraraq satışı ləğv edib.
A. Mandel isə KİV-ə verdiyi açıqlamasında bildirib ki, o artıq ateistdir və yəhudi dinindən imtina edib: “Mən bunu bir zarafat olaraq etdim”.