Çeçenistan İçkeriya Respublikasının Türkiyədəki fəxri konsulu Mədət Ünlüyə qarşı sui-qəsd törədilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sui-qəsd nəticəsində fəxri konsul həyatını itirib. Hadisə dünən axşam saatlarında Ankaranın Çankaya rayonundakı Bağdad məhəlləsində baş verib.
Konsulluğun binasına gələn naməlum şəxs (və ya şəxslər) iş yerinə gələn konsulu öldürüblər. Ünlüyə uzaq məsafədən bir neçə atəş açılıb. Hadisə yerində xüsusi xidmət və hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalar aparıb.
Prokurorun apardığı araşdırmalardan sonra Ünlünün cənazəsi hərbi-tibbi ekspertizaya göndərilib.