Gecə saatlarında Dağıstanın Buynak rayonunda naməlum şəxslər avtomobilə güllə atıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nəticədə bir polis həlak olub, ağır yaralanmış hərbçi isə hospitala yerləşdirilib.
Olay yerində polis araşdırma aparıb.
Son zamanlar Rusiya ərazisində islam adı altında fəaliyyət göstərən yaraqlıların ocaqlarına qarşı mübarizə hakimiyyətin başlıca vəzifələrindən birinə çevrilib.
Mayın 20-də Mahaçqalada məhkəmə xidməti binasının yaxınlığında minalanmış iki maşın partladılıb. Olay nəticəsində 4 nəfər həlak olub, 30-dan çox insan yaralanıb