Büdcənin azaldılması 92 yaşlı rəhbəri işsiz qoyacaq
29 oktyabr 2013 07:12 (UTC +04:00)

Büdcənin azaldılması 92 yaşlı rəhbəri işsiz qoyacaq

ABŞ hərbi büdcəsinin azaldılması 92 yaşlı Əndrü Marşallın Pentaqonda başçılıq etdiyi Ümumi qiymətləndirmə İdarəsinin ləğv edilməsinə səbəb ola bilər.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda «Washington Post» xəbər verib.

 

ABŞ konqresinin bəzi üzvləri müdafiə naziri Çak Heygelə müraciət edərək, Marşalı işdən azad etməməyə çağırıblar.

 

Keçmiş müdafiə naziri Donald Ramsfeld bildirib ki, bu idarənin rəhbərinin istefaya göndərilməsi «ciddi səhv olacaq».

 

 

Qəzetin yazdığına əsasən, zamanında Marşall SSRİ-nin dağılacağını, Çinin sürtəli inkişafını, hətta hərbi robototexnikanın yayğınlaşacağını bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

Oxşar yazılar