Britaniyalı həkim İsa Abdul Rəhman Suriyanın İdlib şəhərindəki xəstəxanada keçinib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, mayın 22-də bombardmana düşüb. Həkimin ölüm ilə bağlı xəbər mayın 27-də yayılıb.
London İmperiya kollecinin 26 yaşlı məzunu İdlibdə «Suriya üçün əl-ələ» xeyriyyə təşkilatı ilə birlikdə könüllü olaraq, çalışırmış.
Rəhman Suriyadakı yaralılara yardım etməklə Britaniyada özünə karyera qurmaqdan imtina edibmiş.