Britaniya Tacikistana sərhədi möhkəmləndirməyə yardım edəcək
05 iyun 2013 02:19 (UTC +04:00)

Britaniya Tacikistana sərhədi möhkəmləndirməyə yardım edəcək

Britaniya hakimiyyəti Tacikistana Əfqanıstanla sərhədi möhkəmləndirmək layihəsi çərçivəsində 1,8 milyon dollar maliyyə vəsaiti ayıracağını bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, layihədə məqsəd  narkotik maddələrin qanunsuz dövriyyəsinə və insan alverinə qarşı mübarizəni gücləndirməkdir.

 

Britaniya bu proqramı Tacikistanda Miqrasiya üzrə  Beynəlxalq  Təşkilatla birgə həyata keçirməyi planlaşdırıb

 

İki müddətinə həyata keçirilməsi planlaşdıran layihədə Tacikistanla Əfqanıstan arasında əməkdaşlığın yaxşılaşdırılması, sərhədyanı bölgələrdə yoxsulluğu aradan qaldırılması, habelə həmin bölgələrdə silahlı qruplaşmalara qarşı mübarizə nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372
avatar

Oxşar yazılar