BMT TŞ Suriya üzrə qətnamə qəbul edib
28 sentyabr 2013 07:48 (UTC +04:00)

BMT TŞ Suriya üzrə qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası (TH) Suriyanın kimyəvi silahı ilə bağlı qətnamə layihəsini birsəslə təsdiqləyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, sənədin mətni həftə ərzində Təhlükəsizlik Şurasının o biri üzvləri ilə də razılaşdırılacaq.

 

Qətnaməyə əsasən, Suriya bütün kimyəvi silah ehtiyatını məhv etməli, eləcə də mütəxəssislərə kimyəvi silahla bağlı bütün əngəlləri aradan götürməlidir. Sənəddə kimyəvi silahı tətbiq edən tərəf mühakimə olunsa da, münaqişə edən tərəflərdən heç birini günahkar bilinmir.

 

Xatırladaq ki, Suriya üzrə yeni sülh konfransı noyabrın ortalarında keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066
avatar

Oxşar yazılar