BMT Suriyadakı rejimə qarşı qətnamə qəbul edib
30 may 2013 05:15 (UTC +04:00)

BMT Suriyadakı rejimə qarşı qətnamə qəbul edib

BMT-nin İnsan Haqları üzrə Şurası Suriyadakı rejimi tənqid edən qətnamə qəbul edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, sənəddə hərbi əməliyyatlarda Bəşar Əsəd tərəfindən əcnəbilərin iştirakı da mühakimə olunub.

 

Qətnaməni şuraya üzv 36 dövlətin təmsilçisi dəstəkləyib. Venesuela ona qarşı səs verib. Şuranın 8 üzvü isə bir tərəf qalıb.

 

ABŞ, Türkiyə və Qətərin nümayəndələrini hazırladığı bu sənəddə «Kuseyrədəki silahlı qarşıdurmada Suriyadakı rejimə xarici dövlətlərin vətəndaşlarının yardım etməsi pislənib».

 

Ərəb dilli informasiya vasitələrinin yazdığına görə, sənəddə vurğulanan «əcnəbi döyüşçülər» ifadəsi Bəşar Əsəd tərəfindən döyüşən Livandakı «Hizbullah»a işarədir.

 

Bundan əvvələ Rusiya qətnaməni tənqid edərək, onu «təhlükəli iki üzlülük» adlandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551
avatar

Oxşar yazılar