BMT-nin İnsan Haqları Şurası mayın 29-da Suriyadakı vəziyyətlə bağlı təcili müzakirələr keçirəcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda ABŞ-ın şuradakı daimi təmsilçisi Eylin Donahü bildirib.
«Qatar, Türkiyə və ABŞ mayın 29-da şurada Suriya üzrə təcili müzakirələr keçiməyi qərar alıb» -deyə, diplomat «Tvitter» səhifəsində yazıb.
Hər üç dövlətin təmsilçisi mayın 27-də qurumda bu məsələnin müzakirəsini vacib sayıb. Onların fikrincə, Şura Suriyadakı münaqişənin dinc yolla nizamlanması, eləcə də mülki sakinlərin həlak olmasının qarşısının alınması yollarının müzakirəsinin vacibliyini bildiriblər.