BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi Suriyanın Quseyr şəhərində döyüşən hər iki tərəfi müvəqqəti barışa çağırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, BMT və komitə dinc sakinlərin şəhəri tərk etməsi üçün münaqişə tərəfləri müvəqqəti atəşkəsə dəvət ediblər.
Məlumatlara əsasən, Quseyrdə həyata üçün məşəqqətli şərait yaranıb. Minlərlə dinc sakinin ərzaq, su və tibbi dərmana ehtiyacı var.
Quseyrdə savaş artıq iki həftədir davam edir. BMT dinc və günahsız insanların öldürülməsində Suriyadakı silahlı münaqişə aparan bütün tərəfləri suçlayıb.