BMT müfəttişləri Dəməşqi tərk edib
30 sentyabr 2013 21:49 (UTC +04:00)

BMT müfəttişləri Dəməşqi tərk edib

Suriyada kimyəvi silah tətbiqinin nəticələrini yoxlayan BMT müfəttişləri Dəməşqi tərk edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, beynəlxalq müfəttişlər Suriyada kimyəvi hücumla bağlı 7 epizodu, o cümlədən avqustun 21-də Dəməşq ətrafında baş vermiş 3 kimyəvi basqını araşdırıb.

 

Mütəxəssislərin yekun rəyinə əsasən, həmin gün zarin qazından istifadə olunub, ancaq onun məsuliyyətini nə Bəşar Əsəd rejimi nə də müxalifət üzərinə götürməyib.

 

Bu yaxınlarda Suriyada daha bir beynəlxalq müfəttişlər qrupunun fəaliyyətə başlayacağı gözlənilir. Onlar bu ölkədəki kimyəvi silahların  məhv edilməsi prosesinə qatılacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473
avatar

Oxşar yazılar