BMT-nin ərzaq təhlükəsizliyi barədə hesabatı açıqlanıb.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, hesabatda hazırda dünyada 8 nəfərdən 1-nin xroniki aclıqdan əziyyət çəkdiyi qeyd olunur.
BMT ekspertləri 2015-ci ilə qədər dünyanın bəzi regionlarında aclıqdan əziyyət çəkənlərin sayının iki dəfəyə qədər artacağı barədə xəbərdarlıq ediblər. Hesabatda 2011-2013-cü illər ərzində dünya əhalisinin 12 faizinin, yəni 842 milyon insanın xroniki aclıqdan əziyyət çəkdiyi bildirilir.