BMT Təhlükəsizlik Şurası islam adı altında fəaliyyət göstərən «ən-Nusra Cəbhəsi»ni terrorçu təşkilatların «qara siyahısına» daxil etməklə yanaşı, onlara sanksiyaya da tətbiq edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qruplaşma üzvləri fəallarının xaricdəki bank hesablarının dondurulması, onların xarici ölkələrə səfərlərinin qadağan olunması, habelə təşkilatın silahla təchiz olunmasının yasaqlanması sanksiyada öz əksini tapıb.
«Ən-Nusra Cəbhəsi» Suriyada Bəşar Əsəd rejiminə qarşı silahlı mübarizə aparan başlıca qruplardandır.
Xatırladaq ki, ABŞ bu cəbhəni artıq terrorçu təşkilatlar siyahısına daxil edib.
Bu ilin aprelində təşkilatın lideri Əbu Məhəmməd Qolani «əl-Qaidə» lideri Ayman Zəvahiriyə sadiq olduqlarını bildirmişdi.