Bu gün BMT Baş Assambleyasının 68-ci sessiyası mənzil qərargahında, Nyu-Yorkda öz işin başlayır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, sessiyanın gündəliyində 170 məsələ, o cümlədən sülh və təhlükəsizliyin qorunması, silahlı münaqişələrin kəsilməsi, ətraf mühitin qorunması, nüvə silahlarının yayılmaması rejiminə əməl edilməsi, insan haqlarının müdafiəsi, qanunun aliliyinin təmini də var.
Bir həftə ərzində yüksək səviyyədə 10-a yaxın iclas keçiriləcək.
Baş Assambleya BMT-nin əsas məşvərət orqanıdır. BMT 1946-cı ildə formalaşıb. O zaman qurumun 51 üzvü olub. Hazırda onun 193 üzvü var.Quruma daxil olan sonuncu üzv Cənubi Sudandır.