Hindistanın Mumbai şəhərində beşmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 25-ə çatıb.
APA-nın məlumatına görə, bina dünən uçub. Dağıntılar altında onlarla insanın qaldığı bildirilir.
Artıq 32 nəfər xilas edilib. Xilas edilənlər arasında uşaqlar da var.
Qeyd edək ki, bu, 2013-cü ildə Mumbaidə baş verən ilk bina uçması deyil. Apreldə yeddimərtəbəli binanın uçması nəticəsində 74 nəfər, iyunda üçmərtəbəli binanın uçması nəticəsində 10 nəfər həlak olub.