Bəzi İran şirkətləri sanksiyalardan azad edildi
04 iyun 2013 11:56 (UTC +04:00)

Bəzi İran şirkətləri sanksiyalardan azad edildi

ABŞ prezidenti Barak Obama beynəlxalq öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar İrana qarşı sanksiyaların sərtləşdirilməsini təsdiq edib.


 

APA-Economics”in Ağ Evin mətbuat xidmətinə istinadən xəbərinə görə, sanksiyalar İran valyutasının, müxtəlif malların, o cümlədən avtomobil və nəqliyyat vasitələrinin alqı-satqısı əməliyyatlarını həyata keçirən xarici maliyyə institutlarına qarşı sərtləşdirilib.

 

Bundan başqa, İran hökumətinə maddi dəstək nümayiş etdirən şəxslərə qarşı əlavə sanksiyalar nəzərdə tutulub: “İstisnalar yalnız Azərbaycanın “Şahdəniz” yatağından Türkiyə və Avropaya qaz nəql edən İran müəssisə və şirkətləri üçün tətbiq olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641
avatar

Oxşar yazılar