Fransada Suriyadakı rejimin başçısı Bəşar Əsədin əmisi Rifat Əsədin varlanması ilə bağlı ilkin araşdırma başlayıb.
Lent.az-nı «BBC»-yə istinadən xatırlamasına görə, o, 30 ildən artıqdır rəsmi Dəməşqə qarşı müxalifətdədir.
R.Əsəd 1980-ci illərin əvvəlində Suriyanı tərk edərək, qardaşı Hafiz Əsədə sonra onun oğlu Bəşara qarşı çıxışı edib.
«Sherpa» və «Transparencu İnternational» 66 yaşlı suriyalını qanunsuz varlanmaqda, korrupsiya və çirkli pulların yuyulmasında ittiham etdikdən sonra araşdırma başlanılıb.
Mənbə bildirib ki, R. Əsədin Parisin mərkəzində 7 mərtəbəli malikanəsi, paytaxtın ən məşhur yerlərində mənzili və evləri var.
«Lö Monde» qəzeti bildirib ki, Suriyadan gələndən o, Fransada daşınmaz sahəyə ümumilikdə 160 milyon avro sərmayə qoyub.
Rifat Əsəd ailəsi bütün ittihamları rədd edib. Onların sözlərinə görə, Fransaya gəldikdən sonra R. Əsəd müxalifət fəaliyyəti ilə məşğul olmaq qərarına gəlib və bir sıra xarici dövlətlərin xeyriyyəçiləri ona maliyyə yardım göstərib. O da həmin vəsaitin sərmayəçisi olub.
Yaxın vaxtlarda Fransa məhkəməsi məsələnin araşdırılmasının vacibliyi məsələsinə baxacaq.