Milanın appeliyasiya məhkəməsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni
barəsində çıxarılmış hökmü qüvvədə saxlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, vergidən yayınmaqda ittiham olunub.
Ötən ilin oktyabrında Berluskoni «Mediaset» tibbi pereparatlar şirkətinin maliyyə fırıldaqlarında əli olduğunu etiraf etmişdi. Onda məhkəmə keçmiş baş naziri 4 il azadlıqdan məhrum etsə də, sonrada onu 12 ayadək azaltmışdı.
Bu ilin martında Berluskoniyə qarşı «danışıqları qanunsuz dinləmə» maddəsi ilə də təqsirli bilinərək, bir azadlıqdan məhrum edilmişdi. O, siyasi rəqiblərinə qarşı mübarizə məqsədi ilə qardaşına məxsus qəzetdə polisin xidməti məqsəd üçün dinlədəiyi materialları öürmüş və orada çap etdirmişdi.
Bundan başqa Berluskoni «həddi-büluğa çatmayan Kərimə Mahruğa cinisi zoraklıq tətbiq etməkdə» də suçlu bilinir.