Berluskoninin partiyası hökumətdən çıxdı
29 sentyabr 2013 04:34 (UTC +04:00)

Berluskoninin partiyası hökumətdən çıxdı

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin «Xalq Azadlığı» Partiyasından olan nazirlər hökuməti tərk edib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda ölkə baş nazirinin müavini, daxili işlər naziri, həm də partiyanın siyasi katibi Ancelino Alfano bildirib.

 

Sentyabrın 26-da «Xalq Azadlığı» Partiyasından olan deputatlar və senatorla  birgə bəyanat imzalayaraq, bəyan etmişdi ki, əgər onların lideri qanunverici qurumdan çıxarılarsa, o zaman hökuməti tərk edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar