2014-cü ilin mayında İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin Avropa parlamentinə Estoniyadan namizədliyinin irəli sürülməsi məsələsinə baxılır.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, belə bir plan onun müşavirləri tərəfindən bəyənilib. Estoniyanın seçilməsinə səbəb isə keçmiş baş nazirin dostu iş adamı, italyan Ernesto Preatoninin orada mənzil-qərargahının olmasıdır.
Estoniya hakimiyyəti hələlik İtaliyada vergidən yayınmağa görə dələduzluqda ittiham olunmuş keçmiş baş nazirin istəyinə cavab verməyib.
Estoniya qanunlarına əsasən, namizəd daim ölkə ərazisində yaşamalıdır. Bununla belə Vətəndaşın Vəziyyətinin Aktlarının Qeydiyyatı idarəsi Berluskonini qeydə almaqdan imtina edə bilər.
Bundan başqa ölkənin seçki komissiyası İtaliyada seçilmək hüququndan məhrum edilmiş keçmiş baş nazirin namizədliyinin qeydə alınmasında da çətinliklə üzləşib.
İtaliyada isə ali məhkəmə Berluskoninin siyasətlə məşğul olmasının yasaqlayıb. Ölkə TV-sinə müsahibəsində o, deyib ki, hətta parlamenti tərk etsə də siyasətlə məşğul olmaqda davam edəcək.