Berluskoni barəsində hökm qüvvədə qalıb
02 avqust 2013 03:51 (UTC +04:00)

Berluskoni barəsində hökm qüvvədə qalıb

İtaliyanın Ali Kassasiya Məhkəməsi keçmiş baş nazir Silvio Berluskoni barəsində çıxarılmış həbs hökmü qüvvədə saxlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, vergi ödəməkdən yayındığı üçün 2012-ci ilin oktyabrında 4 il müddətinə azadlıqdan məhrum edilib, ancaq əfvlə əlaqədar bu, 12 aya endirilib.

 

İtaliya qanunlarına əsasən, Berluskoni ahıl yaşda olduğundan o, bu müddətdə ya ev dustaqlığında saxlanılacaq, ya da ictimai işlərə cəlb ediləcək.

 

Bununla yanaşı Kassasiya məhkəməsi Berluskoninin dövlət vəzifəsi tutmaması ilə bağlı aşağı instansiyadakı məhkəməyə qərarına yenidən baxmamağı tapşırıb.

 

2013-cü ilin iyununda Berluskoni «həddi-büluğa çatmayanla intim əlaqədə olduğuna və vəzifə səlahiyyətindən sui-istifadəyə» görə 7 il azadlıqdan məhrum edilib. Əgər keçmiş baş nazirin şikayəti qəbul edilməzsə, o zaman hökm qüvvəyə minəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529
avatar

Oxşar yazılar