Belçikanın Antverpen limanında neft zavodunda partlayış baş verib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, olay nəticəsində iki nəfər ölüb, 2 nəfər isə İtkin sayılır.
Mənbə bildirib ki, partlayış baş verən limandakı neft zavodu «Total»a məxsusdur. Liman neft daşıyan gəmilər üçün qapadılıb.
Olayla bağlı əlavə məlumat yayılmayıb.