Baxçalı Gezi parkı olaylarını PKK-ya bağladı
07 iyun 2013 15:48 (UTC +04:00)

Baxçalı Gezi parkı olaylarını PKK-ya bağladı

Türkiyədə Milli Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbulda Gəzi parkında başlayan və bütün ölkəyə yayılan aksiyalarla bağlı gözlənilməz bəyanat verib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Baxçalı MHP İdarə Heyətində çıxışında aksiyaların arxa planında PKK terror təşkilatı və radikal solçu təşkilatların olduğunu söyləyib.

 

Dövlət Baxçalı aksiyalarda məsum insanların da iştirak etdiyini bildirib: “Aksiyada PKK ilə hökumət arasındakı çözüm prosesində terror təşkilatının rəhbərinin tələbinə əsasən konfranslar keçirənlər ilə aksiyaların arxasındakı insanlar eynidir. Bu aksiyalarda gördüyümüz, etirazını bildirən sənətçilər o vaxt niyə səslərini çıxarmadılar? Orada PKK-nın yenidən dirçəlişinə hazırlıq işləri gedir. PKK ilə heç bir şərt çərçivəsində bir araya gəlmək mümkün deyil. Dörd ağacın altında da bir araya gəlmərik. Millət hökumətin təzyiq siyasətinə qarşı durmağı MHP-nin “Milli Dəyərləri Qoru və Yaşat!” şüarları ilə keçirilən mitinqləri ilə öyrənib. Ancaq biz bunu meydanlarda, demokratik haqlarımızdan istifadə edərək təşkil edirdik”.

 

Dövlət Baxçalı partiyanın rəhbərliyində təmsil olunan şəxslərə sosial media ilə bağlı da xəbərdarlıq edib. O deyib ki, partiya rəhbərliyindəki şəxslər mesaj yazarkən partiya məsuliyyətini yaddan çıxarmamalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar

Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41