Barak Obama: Arvadım prezidentliyə namizədliyini verməyəcək
15 yanvar 2016 03:42 (UTC +04:00)

Barak Obama: Arvadım prezidentliyə namizədliyini verməyəcək

ABŞ-ın birinci xanımı Mişel Obama prezident seçkilərində iştirak etməyəcək.

 

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Luiziana ştatında əhali ilə görüşən ABŞ Prezidenti Barak Obama deyib. Sakinlərdən biri ondan birinci xanımın dövlət başçısı seçkilərində iştirak edib etməyəcəyini soruşub. B.Obama isə sualdan sonra yaranan alqışları qəti “Yox” kəlməsi ilə kəsərək bildirib: “İcazə verin bir məsələni deyim. Bu həyatda sarsılmaz üç şey var: ölüm, vergilər və bir də Mişel Obamanın prezidentliyə namizədliyini verməməsi. Bunu sizə dəqiq deyə bilərəm”.

 

Prezident qeyd edib ki, bu illər ərzində onun xanımı uşaqlarda piylənməyə qarşı mübarizə, hərbçilərin ailələrinə kömək məsələsində çox işlər görüb. “Mən onunla fəxr edirəm”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Mişel Obama da bir müddət əvvəl siyasətə qoşulmayacağını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar