Bağdadın şimalında Qahirə rayonunda kafedə baş vermiş partlayış nəticəsində azı 25 nəfər ölüb,36 nəfər yaralanıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, partlayış intiharçının üstündəki bombanı partlatması nəticəsində baş verib.
Ayrı-ayrı məlumatlara görə, partlayış nəticəsində 54 nəfərədək zərərçəkən ola bilər.