Bağdadda və ətraf rayonlarda ardıcıl partlayış baş verib. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.
Yüzdən çox sakin yaralanıb.
Yerli telekanalların məlumatına əsasən, paytaxtda 9 partlayış olub. Xəstəxanaya 109 yaralanın yerləşdirildiyi bildirilib.
Xatırladaq ki, əvvəlcə 22 nəfərin həlak olduğunu və terror qurbanlarının sayının dəqiqləşdirildiyi haqda xəbər yayılmışdı.