Azərbaycan Əfqanıstanda sülhü təmin edəcək 8 ölkədən biri olacaq
06 iyun 2013 13:08 (UTC +04:00)

Azərbaycan Əfqanıstanda sülhü təmin edəcək 8 ölkədən biri olacaq

2014-cü ildən sonra Azərbaycan NATO-nun Əfqanıstanda sülhün təmin olunması üzrə yeni missiyasında iştirak edəcək. APA-nın xəbərinə görə, bunu Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Elman Abdullayev bu ölkənin “Kanal 24” televiziyasına açıqlamasında deyib. O, Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatda və İSAF kontingentinin 2014-cü ilə qədər Əfqanıstandan çıxarılmasında vacib rol oynadığını söyləyib.   

 

E. Abdullayev Azərbaycanın Əfqanıstanın bərpası işində effektiv humanitar siyasət yeritməsini, bu istiqamətdə bir sıra tədbirlər keçirməsini, o cümlədən ANAMA-nın iştirakı ilə Əfqanıstan ərazisinin minalardan təmizlənməsini qeyd edib. Mətbuat katibi xatırladıb ki, NATO sammitinin qərarına əsasən İSAF missiyasının Əfqanıstanı tərk edəcəyi 2014-cü ildən sonra yeni missiya yaradılacaq: “Bu missiyaya 8 dövlət daxil olacaq, onlardan biri də Azərbaycandır. Missiyanın əsas məqsədi Əfqanıstanda sülh və sabitliyin bərpası üçün vətəndaşlarla iş aparmaq olacaq”.

 

E. Abdullayev Azərbaycan-ABŞ münasibətləri, TANAP layihəsi və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də toxunub. O, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqelərinin hüquqi baxımdan çox güclü olduğunu vurğulayıb: “Elə bir beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsin. Mövcud status-kvo qəbuledilməzdir və dəyişməlidir. Bu münaqişənin həlli bütün bölgənin xeyrinə olacaq. Azərbaycan torpaqlarının işğalı davam edir, ATƏT-in Minsk Qrupu münaqişənin həllində daha fəal olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583
avatar

Oxşar yazılar