Avstraliya hakimiyyəti Misirə qaramal ixracını dayandırdığını bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, avstraliyalılar bunu misirlilərin sallaqxanada heyvanlara qarşı qəddar davranış ilə əsaslandırıblar.
Ölkənin heyvanların hüquqlarını müdafiə edənlər bu haqda video yazıları təqdim etdikdən sonra uyğun qərar qəbul edilib.
«Animals Australia» qrupundan olan fəallar təsdiqləyib ki, Misirdəki sallaqxanalarda heyvanları «qeyri-peşəkar, qəddarcasına» öldürürlər.Onlar bu səbəbdən Afrika dövlətlərinə də qaramal ixracının dayandırılmasını tələb ediblər.
Xatırladaq ki, Avstraliyadan Misirə oxşar səbəb üzündən 2006-cı ildən qaramal idxalı dayandırılmışdı, ancaq 4 il sonra bu sahədə əməkdaşlıq bərpa olunmuşdu.