Avropanı su aparır: 8 ölü
04 iyun 2013 12:10 (UTC +04:00)

Avropanı su aparır: 8 ölü

Leysan yağışlar Avropada ciddi problemə yol açıb.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, sel suları Almaniyada 1 nəfər, Avstriyada 1 nəfər, Çexiyada 6 nəfər həyatını itirməsinə səbəb olub.

Almaniyanın Bavariya. Saksoniya, Baden-Fyurtemberq və Tyurinqiya əyalətləri daha çox ziyan dəyib. Passau şəhərində su səviyyəsi rekord həddə çatıb. 1501-ci ildən indiyə qədər şəhəri bu səviyyədə su basmayıb. Şəhərin rayonlarının əksəriyyəti su altındadır, məhbusların saxlanıldığı həbsxana da subasma təhlükəsi ilə üzləşib.

Qonşu Çexiyada da gərgin vəziyyət yaranıb. Hökumət ölkənin cənubunda su anbarında təzyiqi azaltmaq üçün şlüzü açmaq məcburiyyətində qalıb. Böyük su kütləsi paytaxt Praqaya istiqamətlənib. Praqada yüzlərlə insan evakuasiya edilib. Vltav çayında su səviyyəsi hər saat 20 sm artır. Artıq Praqanın mərkəzi hissəsi batıb. Çexiyada subasma fəlakəti ilə mübarizəyə 15 min yanğınsöndürən və 3 min hərbçi cəlb olunub. İndiyə qədər 2 min 500 insan xilas edilib. Praqada metro stansiyaları bağlanıb. Vltav sahillərinə qum doldurulmuş kisələr düzülür. Subasma təhlükəsi ilə bağlı Praqa zooparkındakı heyvanlar köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 955
avatar

Oxşar yazılar