Avropadakı “oğrular” Quliyə qarşı birləşir
Gürcü əsilli “qanuni oğru” Badri Kutaisski Avropada yaşayan kriminal avtoritetləri “Lotu Quli”yə qarşı çıxmağa çağırıb.
Lent.az-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bir qədər əvvəl Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun sağ əli sayılan Badri bu məqsədlə Çexiya və Yunanıstanda olub.
Onun Avropa turnesində məqsədi bu qitədə yaşayan post-sovet əsilli “qanuini oğruları” “Lotu Quli”yə qarşı birləşdirmək olub.
Məlumata görə, bu il sentyabrın 2-də Badri Kutaisski Quliyə qarşı “sxodka” çağırmaq istəsə də, bu baş tutmamışdı.
838