Mərkəzi Avropaya leysan yağışların yağması 10 nəfərin həyatını itirməsi, 9 nəfərini isə İtkin düşməsi ilə nəticələnib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Çexiya hakimiyyəti daşqınlara 7 nəfərin qurban getdiyini bildirib.
Ölkədə «Staropramen» pivə istehsalı şirkəti, eləcə də bir sıra kimyəvi zavod bağlanıb. Bu tədbir toksiki maddələrin sel sularına qarışmaması məqsədi ilə görüldüyü bildirilib.
Təbii fəlakət Avstriyanın şimal-qərb bölgələrini, özəlliklə Forarlberq, Tirol i Zaltsüburq şəhərlərini də əhatə edib.
İsveçrədə leysan yağışlar davam etməkdədir.