Avropa İnsan Haqları Məhkəməsi əvvəlcə 2 il həbsdə olan, sonra şərti azadlığa buraxılan Ahmet Atahür Söylerin iki seçkidə səs verə bilməməsi ilə bağlı şikayətinə baxıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Avropa Məhkəməsi Türkiyə hökumətini günahkar hesab edib.
Avropa Məhkəməsi Türkiyədə həbsdə olan, yaxud şərti azadlığa buraxılmış insanların səsvermə hüququndan məhrum edilməsini insan haqlarının pozulması sayıb. Başqa sözlə, Avropa Məhkəməsi Türkiyənin Avropa İnsan Haqları Konvensiyasının Birinci Protokolunun 3-cü maddəsini, yəni azad seçki hüququnu pozduğu barədə qərar verib.