Avropa Birliyi Belarusun sanksiyasını uzatdı
30 oktyabr 2013 05:13 (UTC +04:00)

Avropa Birliyi Belarusun sanksiyasını uzatdı

Avropa Birliyi Belarusa qarşı tətbiq etdiyi sanksiyaların müddətini daha bir il, 2014-cü ilin oktyabrın sonunadək uzadıb.  

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, qurumun Şurası bildirib : «Siyasi məhbusların hamısı azad olunmadığından, sərbəst buraxılanların biri belə cəmiyyətdə bərpa edilmədiyindən, insan haqlarının qorunması, qanun aliliyi və  demokratik prinsiplər sahəsində  irəliləyiş olmadığından bu qərar qəbul edilib».

 

AB Belorusun 230-dan  vəzifəli şəxsi, məmuru, iş adamı, eləcə də 25 şirkət və müəssisəsi «qara siyahıya»  düşüb. Onlara birliyə üzv dövlətlərin ərazisinə viza verilməsi qadağan edilib, hesabları dondurulub.

 

Xatırladaq ki, sanksiyalar 2010-cu ildən tətbiq edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631
avatar

Oxşar yazılar