Dəməşqin yaxınlığında baş vermiş ardıcıl partlayışlar nəticəsində Suriya ərazisinin böyük bir hissəsində elektrik enerjisi kəsilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, rejim başa vermiş olayda müxalifəti suçlayıb. Partlayışlar nəticəsində ölkənin cənubundakı elektrik stansiyasının təbii qazla təmin edən qaz kəməri zədələnib.
Bəzi mənbələr bildirib ki, elektrik enerjisi bütünlükdə Dəməşqdə, hakimiyyətin məlumatına əsasən, Suriyanın bütün bölgələrində kəsilib.