Polis dəstələri Ankaranın Qızılay meydanında keçirilən aksiyanı dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qaz qumbaralarından istifadə edib.
Lent.az-ın «CNNTürk»ə istinadən verdiyi xəbərə görə, paytaxtın mərkəzində yerləşən Qızılay meydanına axşam saatlarında on minlərlə etirazçı toplaşıb, nəticədə, meydanda və ətraf küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşıb. Festival şəklində, fişəng və məşəllərlə başlanan aksiya, bir müddət sonra polis tərəfindən su şırnağı və gözyaşardıcı qaz qumbaralarından istifadə edilməklə dağıdılıb.
Ankaranın Kuğulu parkında isə polis davamlı aksiya keçirən etirazçıların çadırlarını sökərək müsadirə edib.