Amerikalıdan oxuduğu məktəbə 100 milyonluq ianə
11 oktyabr 2013 07:50 (UTC +04:00)

Amerikalıdan oxuduğu məktəbə 100 milyonluq ianə

Amerikalı Debora Saymon Pnsilvaniya ştatında əvvəllər oxuduğu məktəbə yüz milyon dollarlıq ianə verib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu ABŞ tarixində özəl orta məktəbə edilən ən iri məbləğli ianədir.

 

Debora Saymon 2009-cu ildə vəfat etmiş milyader Melvin Saymonun qızıdır. Onun atası daşınmaz əmlak ticarəti ilə məşğul olmuş, ölkədə onun əsasını qoyanlardandır.

 

İanə edilən məktəb Pensilvaniyanın mərkəz hissəsində yerləşən Mersersburq şəhərindədir. O, 1836-cı ildə yaradılıb. Şagirdləri ali məktəblərə hazırlayır.

Bu məktəbin məzunları Harvard, Prinston,Stenford kimi  ən nüfuzlu universitetlərə qəbul olunur. Məktəbdə 430 nəfər təhsil alır. İllik təhsil haqqı 50 min dollardır. Məktəblilərin yarısı təqaüd alır.

 

Hazırda İndiana ştatının İndianapolis şəhərində yaşayan Saymon 1974-cü ildə Merserburqda akademiyanı bitirib. O, məktəblilərə və tələbələr maliyyə yardımı göstərən iki xeyriyyə fondu direktorlar şurasının sədridir.

 

Mənbə xatırladıb ki, «Berkşir hatauey» («Berkshire Hathaway») holdinqinin sahibi iş adamı, milyader Uorren Baffetin qızı Barbara Anderson 2007-ci ildə Pensilvaniya ştatının Nyutaun şəhərindəki məktəblərdən birinə 128 milyon dollar, 1993-cü ildə naşir və xeyriyyəçi Uolter Annenberq isə Nyu-Ckrsi ştatının Haytstaun şəhərindəki məktəbə yüz milyon dollar ianə verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1553
avatar

Oxşar yazılar