Almanlar 70 ildən sonra da Hitleri unutmur
05 noyabr 2013 07:50 (UTC +04:00)

Almanlar 70 ildən sonra da Hitleri unutmur

70 ildən sonra Almaniyada yenidən faşistlərin lideri Hitler yada düşüb. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, onun adı Reynland –Pfalts torpağı Kayzerslautern şəhərinin fəxri sakini siyahısından çıxarılıb.

 

Bununla bağlı noyabrın 4-də şəhər başçısı uyğun qətnaməni imzalayıb.

 

Xatırladaq ki, ötən həftə ölkənin Qoslar şəhərinin yerli  hakimiyyəti də Adofl Hitleri fəxri sakin adından məhrum edən qərar qəbul edib.

 

 

Faşist Almaniyasının liderinə bu status 72 il öncə verilib.

 

Hər iki şəhərin qərarında bunu formal sayıblar. Onlar hesab edir ki, Hitler öldüyündən bu statusunda avtomatik olaraq, ləğv olub.

 

Hakimiyyəti illərində Hitler 4 minə yaxın şəhərin fəxri sakini adına layiq görülmüşdü.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar